OPEC: "BTC ilə neft ixracı 12% azalıb" | Banco.az

OPEC: "BTC ilə neft ixracı 12% azalıb"

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin aprel ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə gündəlik neft ixracı 499 min barel təşkil edib.

Banco.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, aylıq müqayisədə 8% və yaxud 42 min barel azdır.

Hesabatda qeyd edilib ki, neft ixracı illik müqayisədə isə 12% və ya 69 min barel azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram