Ölkədə qızıl və gümüş istehsalı azalıb | Banco.az

Ölkədə qızıl və gümüş istehsalı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 2 131 kiloqramı qızılın, 3 390 kiloqramı isə gümüşün payına düşüb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, qızıl istehsalı ötən ilin ilk 10 ayı ilə müqayisədə 16.6%, gümüş istehsalı isə 39,2% azalıb.

Noyabrın 1-nə olan vəziyyətə əsasən, ölkədə 287,8 kiloqram hazır qızıl, 389,2 kiloqram hazır gümüş ehtiyatı var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram