Müəllif: Tamara Mustafayeva, Banco.az
“Berkshire Hathaway” şirkətinin səhmləri 99 faiz ucuzlaşıb.
Banco.az xəbər verir ki, ABŞ fond bazarında misli görülməmiş hadisə baş verib.
Belə ki, məşhur investor Uorren Baffetin şirkəti “Berkshire Hathaway”in səhmləri dəyərinin 99 faizini itirib.
Bildirilib ki, ABŞ fond bazarında texniki səhvə görə qısamüddətli çaxnaşma yaşanıb. Bəzi səhmlərin qiyməti 99 faiz dəyər itirərkən, birja əməliyyatları dayandırılıb.
“Berkshire Hathaway” A sinfi səhmləri də 99 faiz ucuzlaşaraq 627 dollardan 185 dollara geriləyib. Kanadanın "Barrick Gold" qızıl şirkətinin də səhmləri 98 faizdən çox ucuzlaşaraq 25 sentə düşüb.
Qeyd edək ki, daha sonra Nyu-York Fond Birjası (NYSE) texniki problemi həll etdiklərini və təsirə məruz qalmış səhmlərdə ticarətin bərpa olunduğunu açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!