“Netflix” Türkiyənin serial və filmlərinə 10 milyard lirə investisiya yatıracaq | Banco.az

“Netflix” Türkiyənin serial və filmlərinə 10 milyard lirə investisiya yatıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Netflix” Türkiyənin serial və filmlərinə 10 milyard lirə investisiya yatıracaq.

Banco.az xəbər verir ki, şirkətin açıqlamasına görə, investisiya çərçivəsində Türkiyənin müxtəlif şəhərlərində yeni serial və filmlər çəkiləcək, yaradıcı sənaye sahəsində çalışanlar üçün yeni iş imkanları yaradılacaq.

Şirkət yeni istedadları və maraqlı hekayələri üzə çıxarmaq məqsədilə “Növbəti hekayə: Netflix layihələrinin təqdimat günü” adlı təşəbbüsünü də elan edib.

Bu çərçivədə noyabrın 30-da keçiriləcək tədbirdə daha əvvəl “Netflix Türkiyə” istehsalı olan layihələrdə ssenarist, rejissor və ya prodüser kimi çalışmamış iştirakçılar öz layihələrini şirkətin məzmun üzrə mütəxəssislərinə təqdim edəcəklər.

Şirkət Türkiyədə yaradıcı sənayenin gələcəyinə töhfə vermək məqsədilə ssenari yazarlığından vizual effektlərə, rejissorluq təlimlərindən ekran əsərlərinin uyğunlaşdırılması üzrə seminarlara qədər müxtəlif istiqamətlərdə 40-dan çox ödənişsiz təlim proqramı təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram