Tədqiqat və broker şirkəti "Bernstein Research" Bitkoinin yaxın 10 ildə qızılı əvəz edəcəyini və aparıcı “dəyər anbarı” alətinə çevriləcəyini proqnozlaşdırır.
Banco.az xəbər verir ki, şirkətin hesabatına görə, Bitkoinin institusional investisiya portfellərində və korporativ xəzinələrdə artan rolu, onun qlobal maliyyə ekosistemlərində əsas oyunçu kimi qəbul edilməsinə işarə kimi qiymətləndirilir.
Tədqiqat və broker şirkəti Bitkoinin 2025-ci ilə qədər 200 min dollara, 2029-cu ilə qədər 500.000 dollara, 2033-cü ilə qədər isə 1 milyon dollara çatacağını proqnozlaşdırır. Bu proqnoz dövri tələb-təklif dinamikasına əsaslanır.