Ölkəyə 439 mln. dollarlıq yeyinti məhsulları idxal edilib | Banco.az

Ölkəyə 439 mln. dollarlıq yeyinti məhsulları idxal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-fevral aylarında 439 milyon 81 min dollarlıq yeyinti məhsulları idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yeyinti məhsullarının idxalına çəkilən xərc 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,9% və ya 24 milyon 316 min dollar artıb.

Məlumata görə, 2025-ci ilin ilk 2 ayında idxal edilən yeyinti məhsullarının dəyəri 414 milyon 765 min dollar olub.

Qeyd edək ki, bu il idxal edilən yeyinti məhsullarının Azərbaycanın ümumi idxalında xüsusi çəkisi isə 16,89% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram