Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ildə Almaniyaya 24 milyon 413 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü illə müqayisədə 1 milyon 154 min dollar və ya 5% çoxdur. 2024-cü ildə bu məbləğ 23 milyon 259 min dollara bərabər olub.
Qeyd edək ki, ötən il Azərbaycandan Almaniyaya fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 4,8% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
