Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Neft Fondunun (ARDNF) bu ilin 1 aprel tarixinə cəmi investisiya portfeli 57 014,1 milyon dollar təşkil edib.
Banco.az bu barədə Fonda istinadən xəbər verir.
Fondun investisiya portfelinin xarici valyutalar üzrə bölgüsünə əsasən vəsaitlərin 69,5%-ni ABŞ dolları təşkil edir.
Məlumata görə, vəsaitlərin 19,4%-ni avro, 4,9%-i ingilis funt sterlinqi, 0,6%-i Avstraliya dolları, 1,5%-i Yapon yeni, 1,1%-i Çin yuanı, 3,6%-ni digər valyutlar təşkil edib.
Əlavə edək ki, ABŞ dolları portfelinin 7 milyard 499 milyon dollarlıq hissəsini (13,2%) qızıl investisiyaları təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!