Müəllif: Tamara Mustafayeva, Banco.az
NASA “Artemis III” gəmisi ilə Aya səyahət edəcək heyətin adını açıqlayıb.
Banco.az xəbər verir ki, “ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyası” (NASA) yarım əsrdən artıq fasilədən sonra insanları yenidən Ay səthinə aparmağı hədəfləyən “Artemis” proqramının növbəti mərhələsi olan “Artemis III” missiyasının heyətini açıqlayıb.
NASA-nın Hyustondakı “Conson Kosmik Mərkəzi”ndə keçirilən tədbirdə 2028-ci ilin sonunadək Aya eniş həyata keçirməsi planlaşdırılan “Artemis III” missiyası üçün seçilmiş dörd astronavt təqdim olunub.
NASA-nın açıqlamasına görə, missiyanın heyətində Rendi Bresnik, Luka Parmitano, Frenk Rubio və Andre Duqlas yer alacaq.
Məlumata əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabiti Rendi Bresnik missiyanın komandiri vəzifəsini icra edəcək. “Avropa Kosmik Agentliyi”ndə fəaliyyət göstərən italiyalı astronavt Luka Parmitano isə heyətdə pilot kimi təmsil olunacaq. Andre Duqlas və Frenk Rubio isə missiya üzrə mütəxəssis astronavtlar qismində vəzifə yerinə yetirəcəklər.
NASA həmçinin Bob Haynsın ehtiyat heyət üzvü kimi astronavtlarla birlikdə hazırlıq məşqlərində iştirak edəcəyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!
