"Moody's" ABŞ-ın kredit reytinqini təsdiqləyib | Banco.az

"Moody's" ABŞ-ın kredit reytinqini təsdiqləyib

"Moody's" beynəlxalq reytinq agentliyi ABŞ-ın suveren kredit reytinqini yenidən ən yüksək səviyyədə - sabit proqnozla "Aaa" səviyyəsində təsdiqləyib. Bu barədə agentlik məlumat yayıb. 

Məlumatda deyilir ki, reytinqin sabit saxlanılması ABŞ iqtisadiyyatının davamlılığını əks etdirir. 

Qeyd edək ki, "Fitch" və "Standard & Poor's" beynəlxalq reytinq agentlikləri ABŞ-ın kredit reytinqini sabit proqnozla müvafiq olara "AAA" və "AA+" səviyyələrində təsdiq edib. 

Report.az