Çexiya Azərbaycanın 2-ci əsas neft idxalçısı olub | Banco.az

Çexiya Azərbaycanın 2-ci əsas neft idxalçısı olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Çexiya 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan 304 milyon 667 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi isə 558 min 693 ton təşkil edib.

Çexiyanın idxal etdiyi neftin dəyəri 2024-cü ilin ilk 4 ayına nisbətdə 32 milyon 930 min dollar və ya 12,1%, miqdarı isə 31,6% artıb.

Qeyd edək ki, yanvar-aprel aylarında Çexiya Azərbaycanın 3 əsas neft idxalçısından 2-cisi olub. Ən çox neft ixrac etdiyimiz birinci ölkə İtaliya (4.4 milyon ton) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram