Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan 95.4 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Qızıl ixracından qazancımız illik müqayisədə 64 milyon dollar və ya 3 dəfə artıb.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib.
Məlumata görə, təkcə aprel ayında ixrac edilən qızılın dəyəri 30.2 milyon dollar olub ki, bu da ötən ilin aprelinə nisbətən 17.3 milyon dollar və ya 2.3 dəfə artım deməkdir.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 165.3 mln. ABŞ dolları dəyərində, 2023-cü ildə isə 121.5 milyon ABŞ dolları dəyərində qızıl ixrac etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!