Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ prezidenti Donald Tramp təyyarə mühərrik hissələrinin və müxtəlif ABŞ texnologiyalarının Çinə ixracını dayandırıb.
Banco.az xəbər verir ki, The New York Times qəzetinin xəbərinə görə, ABŞ Prezidenti Donald Tramp vacib təyyarə mühərriki hissələrinin və ABŞ texnologiyalarının Çinə ixracını dayandırıb.
Qəbul edilən qərar Çinin yerli təyyarə istehsalı sənayesini inkişaf etdirməyə yönəlmiş səylərinə ciddi təsir göstərə bilər.
Çinli təyyarə istehsalçısı "Comac" C919 təyyarələri üçün GE Aviation tərəfindən istehsal olunan ABŞ mühərriklərindən asılıdır.
İki ölkə arasındakı ticarət müharibəsi çərçivəsində Çin əvvəl artan rüsumlara cavab olaraq "Boeing" təyyarələrinin təslimatını dayandırmış, lakin aparılan danışıqlardan sonra razılaşma əldə olunaraq bu təslimatlar bərpa edilmişdi.
"Bloomberg"ə danışan mənbələrin bildirdiyinə görə, ABŞ Ticarət Nazirliyi yarımkeçirici nəzarətləri ilə bağlı Çinə edilən strateji ixracları yenidən nəzərdən keçirir.
Həmçinin mənbələr bildiriblər ki, “Bəzi hallarda nazirlik araşdırma davam etdiyi müddətdə mövcud ixrac lisenziyalarını dayandırmış və ya əlavə lisenziya tələbləri tətbiq etmişdir.”
Bizi sosial şəbəkələrdən izləyin!!