Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 11,8% artaraq 258,2 mln. manat təşkil edib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin 70,7%-i əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 37,4%-i və ya 96,6 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Ötən ilin eyni dövründə bu göstərici 92,2 milyon manat (40,1%) təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!