Minimum əməkhaqqı 10 il ərzində ölkələr üzrə necə dəyişib? | Banco.az

Minimum əməkhaqqı 10 il ərzində ölkələr üzrə necə dəyişib?

Müəllif: Tamara Mustafayeva, Banco.az

“DİSK-AR”ın minimum əmək haqqı araşdırmasına görə, 2013-2023-cü illərdə Avropa ölkələrinin minimum əməkhaqqı reytinqi hazırlanıb.

Banco.az xəbər verir ki, sözügedən reytinqə görə, dünyada ən yüksək minimum əməkhaqqı verilən ölkələr və minimum əməkhaqqı məbləğinin 10 il ərzində necə dəyişdiyi bəlli olub.

Lüksemburq

2023-cü ilin iyul ayına olan məlumata görə, avro ilə ən yüksək minimum əmək haqqı 2 min 508 avro ilə Lüksemburqda verilir. 10 il əvvəl ölkədə minimum əmək haqqı 1874 avro idi. Odur ki, ötən 10 il ərzində minimum əmək haqqının orta illik dəyişməsi 3 faiz təşkil edib.

Almaniya

Lüksemburqdan sonra minimum əmək haqqına görə 1997 avro ilə Almaniya ikinci yerdədir. Ölkədə rəsmi minimum əmək haqqı təcrübəsi 2015-ci ildə qəbul olunduğundan 2013-cü illə bağlı məlumat yoxdur.

Niderland

Hazırda Niderlandda minimum əmək haqqı 1995 avrodur. Ölkədə 10 il əvvəl tətbiq edilən minimum əmək haqqı 1478 avro olub. Bu dövr ərzində orta illik dəyişiklik 3 faiz təşkil edib.

Belçika

Belçikada 2023-cü ilin iyul ayından etibarən minimum əmək haqqının məbləği 1955 avro təşkil edir. 10 il əvvəl bu rəqəm 1502 avro səviyyəsində idi.

İrlandiya

İrlandiyada hazırda minimum əmək haqqı 1910 dollar olduğu halda, ötən 10 ildə illik orta minimum əmək haqqı artımı 2,7 faiz təşkil edib.

Fransa

Fransa illik orta minimum əmək haqqı artımına görə Avropanın sonuncu ölkələrindən biridir. 2013-cü ilin iyul ayında minimum əmək haqqının 1430 avro olduğu ölkədə məbləğ 2023-cü ilin iyul ayından etibarən 1747 avroya yüksəlib. 10 ildə orta artım 2 faiz səviyyəsində qalıb.

İspaniya

İspaniya minimum əmək haqqı artımlarının orta səviyyədən yuxarı olduğu Avropa ölkələrindən biridir. Hazırda ölkədə minimum əmək haqqı 1260 avro, 10 ildə orta illik artım isə 5,3 faizdir.

Sloveniya

Kiçik iqtisadiyyatına baxmayaraq, Sloveniyada minimum əmək haqqı səviyyəsi 1203 avro təşkil edir. Son 10 ildə minimum əmək haqqının orta illik artımı 4,4 faiz təşkil edib.

Yunanıstan

Yunanıstan minimum əmək haqqının min avro həddindən aşağı olduğu ölkələr sırasındadır. Hazırda Yunanıstanda minimum əmək haqqı 940 avrodur.

Portuqaliya

Hazırda minimum əmək haqqının 887 avro olduğu Portuqaliyada 10 il ərzində orta illik dəyişiklik 4,6 faiz olaraq qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram