Məşhur brendlər ilk dəfə nə istehsal edirdilər? | Banco.az

Məşhur brendlər ilk dəfə nə istehsal edirdilər?

Müəllif: Gülnar Əhmədli, Banco.az

İndi məşhur olan bir çox şirkət əvvəllər hazırda məşhur olduğu məhsulla deyil, başqa bir məhsulla bazara çıxıblar. 

Banco.az xəbər verir ki, Yaponiyanın məşhur brendlərindən olan Sony ilk dəfə düyü bişirən istehsalı ilə məşğul idi. Daha çox telefon markası kimi tanıdığımız Nokia əvvəllər tualet kağızı istehsal edirdi.

Cənubi Koreyada yaradılan və hazırda dünyanın ən məşhur brendlərindən biri olan Samsung ilk dəfə ərzaq mağazası olaraq fəaliyyət göstərib. Oyuncaq şirkəti Lego isə əvvəllər taxta oyuncaqlar hazırlayırdı. Bundan əlavə, Colgate sabun və şam istehsal edərək fəaliyyətə başlayıb, LG üz kremi, Coca-Cola sirop istehsal edirdi. McDonalds isə hotdoq bişirməklə məşğul idi. Almaniyanın məşhur avtomobil brendi olan BMW təyyarə mühərriki istehsal edirdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram