Vergi borclarına əsasən hesablanan faizlər azaldıla bilər | Banco.az

Vergi borclarına əsasən hesablanan faizlər azaldıla bilər

Azərbaycanda vergi borclarına görə hesablanan gecikmə faizlərinin iki dəfə azaldılması təklif olunur.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev “İqtisadi zona” proqramında bildirib.

Onun sözlərinə görə, hazırda vergi borcunu vaxtında ödəməyən sahibkarlara hər gecikdirilmiş gün üçün əsas borcun 0,1 faizi həcmində faiz hesablanır.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, 2027-ci ildən bu göstəricinin 0,05 faizə endirilməsi nəzərdə tutulur. Beləliklə, gecikmə faizləri 50 faiz azaldıla bilər.

Digər yenilik isə maliyyə sanksiyalarının ödənilməsi ilə bağlıdır.

Təklifə əsasən, sahibkar ona tətbiq edilmiş maliyyə sanksiyasını 10 iş günü ərzində ödəyərsə, sanksiya məbləğinin 10 faizi həcmində güzəşt əldə edə biləcək.