Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 %-ə yaxın artıb | Banco.az

Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 %-ə yaxın artıb

Bu il oktyabrın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il oktyabrın 1-i ilə müqayisədə 0,5 % çox - 1 milyon 790,8 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Məlumata görə, onlardan 836,8 min nəfəri dövlət sektorunda (3,05 % az), 954 min nəfəri isə qeyri-dövlət sektorunda (3,9 % çox) fəaliyyət göstərib.

Muzdla çalışan işçilərin 18,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 17,6 %-i təhsil, 13,9 %-i sənaye, 8,6 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 5-i tikinti, 6,1 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 %-i nəqliyyat və anbar təsərrüfatı, 4 %-i peşə, elmi və texniki fəaliyyət, 2,5 %-i maliyyə və sığorta fəaliyyəti, 2,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.