Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniyada iqtisadi artım proqnozu yüksəldilib, dövlət borcu ilə bağlı xəbərdarlıq edilib.
Banco.az xəbər verir ki, Almaniya hökumətinə iqtisadi məsələlər üzrə məsləhət verən İqtisadi Ekspertlər Şurası (SVR) ixracın gözləntiləri üstələməsi və enerji şoklarının proqnozlaşdırılandan daha sürətlə aradan qalxması səbəbindən ölkə iqtisadiyyatının 2026-cı il üzrə artım proqnozunu 0,5 faizdən 1,3 faizə yüksəldib.
İqtisadçı professorlardan ibarət və ictimaiyyət arasında “İqtisadi Müdriklər” kimi tanınan şura “Çətin qərarlar qarşısında maliyyə siyasəti” adlı illik hesabatını dərc edib.
Şura may ayında 0,5 faiz olaraq açıqladığı 2026-cı il üzrə ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu 1,3 faizə, 2027-ci il üçün gözləntisini isə 0,8 faizdən 1 faizə qaldırıb. Beləliklə, Avropanın ən böyük iqtisadiyyatının 2022-ci ildən bəri ilk dəfə 1 faizdən çox artacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
