Müəllif: Tamara Mustafayeva, Banco.az
Meksikada iyul ayı inflyasiya nisbəti 3,51 faiz olaraq açıqlanıb.
Banco.az xəbər verir ki, Meksikada iyul ayında başlıq inflyasiya göstəricisi bazar proqnozlarından aşağı düşərək 3,51 faizə geriləyib. Bu, 2020-ci ilin dekabr ayından bəri qeydə alınan ən aşağı inflyasiya səviyyəsidir.
"Bloomberg" sorğusunda iştirak edən 22 iqtisadçının Meksika üzrə inflyasiya üçün orta proqnozu 3,53 faiz idi. İyun ayında isə inflyasiya 4,32 faiz səviyyəsində olmuşdu.
Qida və yanacaq kimi dəyişkən komponentlər istisna olunmaqla hesablanan baza inflyasiya gözlənildiyi kimi illik əsasda 4,23 faizə düşüb. İyun ayında baza inflyasiya 4,24 faiz səviyyəsində idi.
Meksika Mərkəzi Bankı ("Banxico") inflyasiyanı 3 faiz səviyyəsində hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!