Müəllif: Tamara Mustafayeva, Banco.az
Meksika Bankı uçot dərəcəsini dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, Meksika Mərkəzi Bankı ardıcıl yeddinci iclasında da faiz dərəcələrini dəyişməyərək rekord səviyyədə saxlayıb.
Belə ki, Banxico cümə axşamı günü keçirilən iclasda faiz dərəcəsini 11,25 faiz səviyyəsində saxlayıb ki, bu da iqtisadçıların proqnozları ilə uyğunluq təşkil edir.
Bununla da, “Bloomberg” tərəfindən keçirilən sorğuda iştirak edən analitiklərdən dördü mərkəzi bankın yaxından izlədiyi baza inflyasiyanın davamlı şəkildə azalması və iqtisadiyyatın yavaşlama əlamətləri göstərməsi səbəbindən 25 baza bəndi azalma gözləyirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!