Müəllif: Tamara Mustafayeva, Banco.az
TÜİK may ayı işsizlik nisbətini 8,4 faiz olaraq açıqlayıb.
Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) bu gün may ayı üzrə əmək bazarına dair göstəriciləri açıqlayıb.
Əhali üzrə İşçi Qüvvəsi Araşdırmasının nəticələrinə görə, 15 və daha yuxarı yaşlı şəxslər arasında işsizlərin sayı 2025-ci ilin may ayında əvvəlki ayla müqayisədə 69 min nəfər azalaraq 2 milyon 972 min nəfər olub. İşsizlik nisbəti isə 0,2 faiz bəndi azalaraq 8,4 faiz səviyyəsində qeydə alınıb. İşsizlik nisbəti kişilər arasında 6,5 faiz, qadınlar arasında isə 11,9 faiz olaraq hesablanıb.
2025-ci ilin may ayında məşğul əhalinin sayı əvvəlki aya görə 100 min nəfər artaraq 32 milyon 519 min nəfərə çatıb, məşğulluq nisbəti isə 0,1 faiz bəndi artaraq 49 faiz olub. Bu göstərici kişilər arasında 66,3 faiz, qadınlar arasında isə 32,2 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!