Lizinq şirkətləri 11% dərəcəsi ilə vəsait cəlb etməyə hazırdırlar | Banco.az

Lizinq şirkətləri 11% dərəcəsi ilə vəsait cəlb etməyə hazırdırlar

Hal-hazırda Azərbaycanın lizinq şirkətləri yerli kapital bazarından aşağı faiz dərəcəsi ilə vəsaitlər cəlb etməyə çalışırlar.

Bakı Fond Birjasından verilən məlumata görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Union Lizinq" ASC-nin istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Şirkət 1095 gün müddətinə nominal dəyəri 1000 manat olan 5 min istiqraz buraxmaqla, 5 milyon manat cəlb etmək hüququ qazanıb. Qiymətli kağızların illik faiz dərəcəsi 11% və faiz ödəniş dövrünün müddəti isə rübdə bir dəfədir. Yerləşdirmənin anderrayteri qismində  "Çelsi Kapital" şirkəti çıxış edəcək.

Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl lizinq şirkətləri vəsaitləri 12% və 14% dərəcələri ilə qəbul etməyə hazır idilər.

Sevinc İbadova/Banco.az