Müəllif - Fərid İslamov - Banco.az
Danimarkalı Lego oyuncaqlar istehsalçısı Merlin Entertainments-dən 29 əyləncə mərkəzini 200 milyon funt sterlinqə ($270 mln) alacağını açıqlayıb.
Tərəflərin birgə mətbuat açıqlamasına görə, LEGO Discovery mərkəzləri hər il təxminən 5 milyon ziyarətçi qəbul edir. Bu mərkəzlər Lego konstruktorları ilə oyun zonaları, yaradıcılıq emalatxanaları və pərakəndə mağazaları birləşdirir.
Alınacaq mərkəzlərin 15-i Şimali Amerikada, 7-si Avropada, digər 7-si isə Asiya-Sakit Okean regionunda (Çin, Yaponiya və Avstraliya) yerləşir.
Merlin, həmçinin Madame Tussauds mum heykəl muzeylərini və London Eye dönmə çarxını idarə edir və Legoland-ın 11 tematik parkının operatoru olaraq qalacaq.
