İnflyasiyanın ən yüksək olduğu ölkələr | Banco.az

İnflyasiyanın ən yüksək olduğu ölkələr

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qlobal iqtisadi proqnozlar və illik istehlak qiymətləri indeksinin orta göstəriciləri əsasında hazırlanan məlumatlara görə, dünyada inflyasiyanın ən yüksək olduğu ölkələrin siyahısı açıqlanıb. Məlumatlar göstərir ki, bir sıra ölkələrdə qiymət artımları hələ də yüksək səviyyədə qalmaqdadır.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Trading Economics-in son qlobal proqnoz hesabatlarına əsasən hazırlanan siyahıda illik inflyasiya göstəricilərinə görə ən yüksək nəticələrə malik ölkələr yer alıb. 

İnflyasiyanın ən yüksək olduğu ölkələr:

  • Venesuela – 524,5%
  • Sudan – 146,6%
  • İran – 50%
  • Türkiyə – 32,6%
  • Myanma – 28,6%
  • Malavi – 24,3%
  • Haiti – 21%
  • Nigeriya – 15,7%

Reytinq göstərir ki, yüksək inflyasiya əsasən iqtisadi və maliyyə sabitliyi ilə bağlı problemlərin yaşandığı ölkələrdə müşahidə olunur. Xüsusilə Venesuela digər ölkələri böyük fərqlə qabaqlayaraq siyahının ilk pilləsində yer alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram