Azərbaycanın dövlət qurumlarına kiberhücumlar mayda 38 % azalıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar mayda 38 % azalıb

Bu ilin yanvar-may aylarında dövlət qurumlarına 419 kiberhücum indikatoru (IOC) müəyyən edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin  hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 % azdır.

Kibertəhdidlərin 290-ı daxili araşdırma, 132-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə mayda isə 51 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 38 % azdır.

2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.