Kredit kartlarının sayı yenidən artıb | Banco.az

Kredit kartlarının sayı yenidən artıb

Azərbaycanda kredit kartlarının sayı aylıq müqayisədə yenidən artıb.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir ki, bu ilin fevral ayın sonunda kredit kartlarının sayı 626 min ədədə düşmüşdü. 

Martda kredit kartlarının sayı 15 min ədəd artaraq aprelin 1-ə 641 min ədədə çatıb.

Məlumat üçün bildirək ki, 2015-ci ilin yanvar ayının sonunda kredit kartlarının sayı 1 milyon 322 min ədədə qalxmışdı. 

Aylıq müqayisədə 2015-ci ilin may və 2016-cı ilin iyun aylarında kredit kartları artsa da, illik müqayisədə onların sayı azalıb.

Ümumiyyətlə, fevral ilə müqayisədə mart ayında cəmi ödəniş kartlarının sayı 67 min ədəd artaraq 5 milyon 496 min ədədə qalxıb.

Kartların 2 milyon 559 min ədədini sosial kartlar (+14 min), 1 milyon 622 min ədədini əməkhaqqı kartları (+36 min), 674 min ədədini (+2 min) digər debet kartları və 641 min ədədini (+15 min) kredit kartları təşkil edib.

İlk 3 ayda debet və kredit kartları vasitəsilə 3 milyard 349 milyon manatlıq əməliyyatlar aparılıb. Əməliyyatların 2 milyard 753 min manatını nağd pulun çıxarılması təşkil edib. 

Mənbə: Marja.az