Müəllif: Gülnar Əhmədli, Banco.az
Kapital Bank-ın xalis mənfəəti cari ilin 1 yanvar tarixinə 242 milyon 209 min manat təşkil edib.
Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ilin dekabrın sonuna Kapital Bank-ın aktivləri illik müqayisədə 837 milyon 446 min manat və ya 10,7% artaraq 8 milyard 659 milyon 618 min manata çatıb.
Ötən il Kapital Bank-ın kredit portfeli 4 milyard 271 milyon 823 min manat, depozit portfeli isə 6 milyard 321 milyon 619 min manat olub. Bunlar da 2022-ci illə müqayisədə müvafiq olaraq 1,1 milyard manat (35,3%) və 222,9 milyon manat (3,7%) çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!