Kapital Bank-dan əyləncəli Yeni il layihəsi | Banco.az

Kapital Bank-dan əyləncəli Yeni il layihəsi

Ölkənin aparıcı banklarından biri olan Kapital Bank yeni və əyləncəli layihəyə imza atıb. #yeni2017 adlı layihə bankın rəsmi facebook səhifəsində işıqlandırılıb. "2017-ci ilə möhtəşəm başlanğıc üçün arzunu seç və yeni ilin sənə nə vəd etdiyini öyrən" sözləri ilə iştirakçıları səsləyən Kapital Bank, layihə üçün yeni2017.az saytını istifadəyə verib. Siz sayta daxil olaraq ilk növbədə ad və soyadınızı daxil etməli, daha sonra 2017-ci ildə reallaşdırmaq istədiyiniz arzunuzu seçirsiniz. Bundan sonrasını Bank həll edir.

İştirak etmək üçün buraya daxil olun.

Maraqlı və əyləncəli proqnozların olduğu layihədən 2017-ci il ilə bağlı banco.az-ın payına düşən arzunu sizlərə təqdim edirik.

Biz arzu olaraq, "Forbes jurnalının üz qabığına düşəcəm" seçimini etdik :)