İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər? | Banco.az

İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bəzən işçilər məzuniyyətdə olmasına baxmayaraq, işdə baş verən bir hala görə işə çağrılır. Bəs bu, doğrudurmu? Qanunvericilikdə bununla bağlı nə deyilir?

Mövzu ilə bağlı hüquqşünas Etibar Qarayev Banco.az-a bildirib ki, işçi əmək məzuniyyəti hüququndan əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırdığı vaxtda verilir:

"Təcrübədə bəzən məzuniyyətə çıxmış işçinin işə geri çağrılma zərurəti yaranır, bu isə müəyyən mənada mübahisə yarada bilir. Əmək Məcəlləsinin 137-ci maddəsi işçinin məzuniyyətdən geriçağırma qaydasını tənzimləyir. Belə ki, müstəsna hallarda, yəni istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, həmçinin təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda məzuniyətdə olan işçi onun özünün razılığı əsasında işə geri çağrıla bilər. İşə götürən həmin geri çağrılma prosesini əmrlə rəsmiləşdirməlidir.

Əmək məzuniyyətindən geri çağrılmış işçiyə:

- ya işə başladığı gündən əməkhaqqı hesablanır və işlədiyi amma məzuniyyətdə olmalı olduğu günlərə münasibətdə ödənişsiz əlavə istirahət günləri verilir,

- ⁠ya da işçiyə işə başladığı gündən etibarən əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərjnə düşən məzuniyyət pulunun məbləği işçidən tutulur və istifadə edilməmiş günlər üzrə növbəti vaxtlarda yenidən məzuniyyət verilir və Əmək Məcəlləsinə uyğun olaraq yenidən məzuniyyət pulu hesablanır. İşçi öz istəyi ilə əmək məzuniyyətindən geri qayıtmaq təşəbbüsü irəli sürdükdə, məsələ işəgötürən tərəfindən həll olunur, yəni işə götürən özü razılıq verə də bilər, verməyə də". 

Hüquqşünas qeyd edib ki, göründüyü kimi əmək məzuniyyətində olan işçinin işəgötürən tərəfindən işə çağrılması yalnız onun razıllığından, məzuniyyət dövrdünə işçinin öz təşəbbüsü ilə işə çıxması işəgötürənin mülahizəsindən asılıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram