Mərkəzi Bank banklardan sonra kredit təşkilatlarına xəbərdarlıq məktubu göndərib. Məlumata əsasən, 2017-ci il fevralın 1-dən kredit təşkilatlarına iri nominallı əskinasları alarkən xüsusi tarif tətbiq ediləcək.
Belə ki, bundan sonra həmin qurumlara Mərkəzi Bankdan 50 və 100 manatlıq pul nişanlarını məxaric edərkən 0,1% tarif tətbiq ediləcək. Elecə də eyni gündə ikinci və sonraki sifarişlər üzrə Mərkəzi Bankdan bütün nominal əskinasların məxarici və mədaxilinə tətbiq olunan tarif 0.05%-dən 0.1 %-ə qaldırılacaq.
Xatırladaq ki, bu barədə Mərkəzi Bankın İdarə Heyəti 2016-cı il dekabrın 28-də qərar verib.
Mənbə: Fins.az