Müəllif:Mehin Qasımova,Banco.az
BP şirkəti 2026-cı ilin birinci rübündə mənfəətinin artdığını açıqlayıb.
Banco.az xəbər verir ki, şirkətin xalis mənfəəti illik müqayisədə artaraq 3,2 milyard dollara çatıb ki, bu da analitiklərin orta hesabla 2,64 milyard dollarlıq proqnozunu üstələyib.
BP-nin xalis mənfəəti ötən ilin eyni dövründə 1,38 milyard dollar, 2025-ci ilin son üç ayında isə 1,54 milyard dollar olub.
Bu arada, xalis borc eyni rübdə təxminən 14 faiz artaraq 25,3 milyard dollara çatıb.
BP-nin məlumatına görə, Meksika körfəzindəki və ABŞ-dakı şist qaz aktivlərindən əldə edilən yüksək hasilat göstəriciləri Yaxın Şərqdəki pozuntuları kompensasiya edir.
