İran bankının Bakı filialının mənfəəti 43%-ə yaxın azalıb | Banco.az

İran bankının Bakı filialının mənfəəti 43%-ə yaxın azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank Melli İran-ın Bakı filialı 2025-ci ildə 4 milyon 412 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 3 milyon 304 min manat və ya 42,8% azdır. 2024-cü ildə bankın mənfəəti 7 milyon 716 min manat təşkil edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Bank Melli İran-ın cari ilin 1 yanvar tarixinə aktivləri 120 milyon 291 min 78 manat təşkil edib. 

Bankın aktivləri 2025-ci ilin yanvarın əvvəli ilə müqayisədə 1 milyon 185 min manat və ya 1% artıb.

Qeyd edək ki, 2024-cü ilin 31 dekabr tarixində Bank Melli İran-ın aktivlərinin həcmi isə 119 milyon 106 min manata bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram