İngiltərədə inflyasiya 2024-cü ilin yanvarından bəri ən yüksək səviyyədədir | Banco.az

İngiltərədə inflyasiya 2024-cü ilin yanvarından bəri ən yüksək səviyyədədir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə inflyasiya 2024-cü ilin yanvarından bəri ən yüksək səviyyədədir.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) ölkənin aprel ayı üzrə istehlak qiymətləri indeksini açıqlayıb.

ONS tərəfindən açıqlanan məlumatlara görə, Böyük Britaniyada istehlak qiymətləri 3,3 faiz artım proqnozunu üstələyərək 3,5 faiz yüksəlib və bu göstərici 2024-cü ilin yanvar ayından bəri ən yüksək səviyyəyə çatıb.

Böyük Britaniyada inflyasiya proqnozları 37 iqtisadçı tərəfindən 2,9 faiz ilə 3,6 faiz arasında dəyişib.

Qiymətlər aylıq baxımdan da 1 faiz səviyyəsində gözlənilən artımı geridə qoyaraq 1,1 faiz yüksəlib.

Aprel ayında əsas (çəkirdek) İstehlak Qiymətləri İndeksi (İQİ) illik əsasda 3,8 faiz artaraq proqnozdan yüksək səviyyədə açıqlanıb.

Aprel ayı üzrə xidmət sektorunda İQİ də illik əsasda 5,4 faiz artaraq gözləntiləri aşıb.

Pərakəndə qiymətlər indeksində isə illik artım 4,5 faiz, aylıq artım isə 1,7 faiz olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram