İngilis bankçılıq nəhəngi yeni Dollar/TL proqnozunu yayımlayıb | Banco.az

İngilis bankçılıq nəhəngi yeni Dollar/TL proqnozunu yayımlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“HSBC” yeni Dollar/TL proqnozunu irəli sürüb.

Banco.az xəbər verir ki, Britaniyanın bankçılıq nəhəngi “HSBC”nin məlumatına görə, Dollar/TL məzənnəsi ilin sonunadək bir qədər artımla 33 səviyyəsinə çatacaq.

“HSBC” strateqləri Murat Toprak və Şarot Onq öz qeydlərində Dollar/TL məzənnəsinin zəif və mülayim artım tempi ilin sonunda 33 səviyyəsinə yüksələcəyi fikrində olduqlarını qeyd ediblər.

“Lirənin ucuzlaşmasına nəzarət strategiyası işləyir, pul siyasəti valyuta dövriyyəsini dəstəkləyir, dollarlaşmanı məhdudlaşdırır və makroiqtisadi tarazlığa kömək edir”, deyə strateqlər bildiriblər.

Strateqlər həmçinin qeyd ediblər ki, 2023-cü ilin ortalarından başlayaraq həyata keçirilən geniş miqyaslı faiz artımı nəticəsində dövriyyə dinamikası lirənin xeyrinə çevrilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram