I rübdə Azərbaycanda 51 ədəd notbuk istehsal edilib | Banco.az

I rübdə Azərbaycanda 51 ədəd notbuk istehsal edilib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-mart aylarında Azərbaycanda kompüterlərin, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsal dəyəri 67,2 milyon manat təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 29,6 faiz azalmış, elektrik avadanlıqlarının istehsalı isə 33,9 faiz artıb.

İlk rübdə 51 ədəd notbuk (3,6 dəfə çox), 164 ədəd stolüstü kompüter, 96,6 min ədəd ölçmə cihazları, 21 ədəd güc transformatorları istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram