Həyatın yaşam sığortasına yatırımlar 636 milyon manatı ötüb | Banco.az

Həyatın yaşam sığortasına yatırımlar 636 milyon manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-noyabr aylarında həyatın yaşam sığortası üzrə 636 milyon 877 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 16,7% və ya 91 milyon 271 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 141 milyon 617 min manat və ya 31,9% artaraq 585 milyon 86 min manata çatıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında yaşam sığortası üzrə yığımlar 546,6 milyon manata, ödənişlər isə 443,5 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram