Həyatın yaşam sığortasına yatırımlar 16%-dən çox artıb | Banco.az

Həyatın yaşam sığortasına yatırımlar 16%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-mart aylarında həyatın yaşam sığortası üzrə 168 milyon 455 min manat sığorta haqqı yığılıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 16,2% və ya 23 milyon 424 min manat çoxdur.

Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 11 milyon 706 min manat və ya 12,2% artaraq 107 milyon 372 min manata çatıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında yaşam sığortası üzrə yığımlar 145 milyon manata, ödənişlər isə 95,7 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram