Müəllif: Tamara Mustafayeva, Banco.az
Günəş tutulması Avropada elektrik qiymətlərini yüksəldəcək.
Banco.az xəbər verir ki, “Avropa Elektrik Ötürmə Sistemi Operatorları Assosiasiyası”nın (ENTSO-E) məlumatlarına görə, Avropa elektrik bazarlarında qiymətlərin xüsusilə tutulmanın təsir göstərəcəyi saat 19:00-20:00 aralığında yüksələcəyi gözlənilir.
Gün ərzində günəş enerjisi istehsalının azalması ilə elektrik bazarlarında qiymətlərin artacağı proqnozlaşdırılır. Axşam saatlarında elektrik enerjisinə tələbatın da yüksək qalacağı gözləntisi qiymət artımını dəstəkləyən digər amil olacaq.
ENTSO-E və “Avropa Elektrik Birjası”nın (EPEX Spot) bir gün əvvəldən müəyyənləşdirilən bazar məlumatlarına görə, saat 19:45-20:00 üçün Almaniya və Fransa bazarlarında elektrik enerjisinin birja qiyməti hər meqavat-saat üçün 461,17 avroya çatır. Bir gün əvvəl eyni vaxt aralığı üçün qiymət hər meqavat-saat üzrə təxminən 200 avro təşkil edib.
ENTSO-E-nin məlumatına görə, avqustun 12-də baş verəcək günəş tutulmasının səmanın açıq olduğu şəraitdə Avropada günəş panelləri vasitəsilə elektrik enerjisi istehsalını müvəqqəti olaraq 9,7 qiqavatadək azaldacağı gözlənilir. İstehsaldakı sürətli, lakin əvvəlcədən proqnozlaşdırıla bilən dəyişiklik Mərkəzi Avropa Yay Vaxtı ilə 19:15-21:30 arasında baş verəcək. Təsirin xüsusilə İspaniya və Almaniyada daha aydın hiss olunacağı proqnozlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!
