IEA: "Azərbaycan iyulda "OPEC+" kvotasından gündəlik 110 min barel geri qalıb" | Banco.az

IEA: "Azərbaycan iyulda "OPEC+" kvotasından gündəlik 110 min barel geri qalıb"

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft hasilatı 440 min barel təşkil edib.

Banco.az bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu, iyun ayı ilə müqayisədə dəyişməz qalıb.

Qeyd edilib ki, Azərbaycanın iyul ayında neft hasilatı "OPEC+" sazişi çərçivəsində planda nəzərdə tutulandan gündəlik 110 min barel geri qalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram