Hərracda ən yüksək qiymətə bu əmlak özəlləşdirildi | Banco.az

Hərracda ən yüksək qiymətə bu əmlak özəlləşdirildi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən verilən məlumata görə, hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 2-si paytaxtın Nəsimi və Nizami rayonlarında yerləşir.

Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Bakının Nəsimi rayonunda yerləşən binanın zirzəmi sahəsi olub. Adıçəkilən əmlak 85 min manata özəlləşdirilib.

©oxu.az