Provayder şirkəti seçərkən əvvəlcə internetdən hansı məqsədlə istifadə edəcəyinizi dəqiqləşdirmək lazımdır. Bu sizə hansı sürətdə internetə ehtiyacınız olduğunu müəyyənləşdirməkdə kömək edəcək. Əgər internetdən saytlara baxmaq, elektron poçtdan istifadə etmək və s. bu tipli məqsədlər üçün istifadə edəcəksinizsə, 1-3 Mbit /s sürət sizə kifayət edəcək. Onlayn oyunlar, yüksək keyfiyyətli filmlərə baxmaq və ya yükləmək üçün isə azı 25 Mbit/s sürətli internetə ehtiyacınız var.
Həmçinin bax: Ən sərfəli fiber optik internet xidmətini hansı şirkət təklif edir?
Sürəti dəqiqləşdirdikdən sonra isə internetə hansı üsulla qoşulacağımızı müəyyənləşdirməliyik. Şirkətlər bunu bir neçə üsulla həyata keçirirlər ki, bunlardan geniş yayılanlardan biri ADSL -dir. Bu mövcud telefon xətti ilə internetə qoşulmadır. Bunun geniş yayılması qiymətinin digərlərinə nisbətən ucuz olmasıdır. Lakin bu zaman sürət fiber optik xətti ilə çəkilən internetə nisbətən aşağı olur. Sürət 1 Mbit/s-24 Mbit/s aralığında dəyişir. Digər mənfi cəhəti odur ki, hava şəraitindən asılı olaraq sürətdə problemlər yarana bilər.
İndi isə bu şirkətlərin telefon xətti ilə təklif etdiyi internet xidmətlərinin qiymətləri ilə tanış olaq. Qiymətlər sürət aralıqlarına uyğun olaraq qeyd olunub.
Şirkətlər | 4 Mbps-dək | 5-8 Mbps | 10-16 Mbps |
TranEuroCom | 10 | 13-15 | 19 |
Uninet/SuperOnline | 10-12 | 15-20 | 30-40 |
Azeronline | 10-15 | 20-30 | - |
Ultel İnternet | 10-15 | 20-25 | 30-80 |
Connect | 11-12 | 14-15 | 20-30 |
AlfaNet | 12-15 | 20 | 30-40 |
Narnet | 12-15 | 20-40 | 50 |
Azdatacom | 12-30 | 40-60 | 80 |
Azeurotel internet | 13 | 16 | 19 |
Aztelekom İnternet | 13 | 16 | 19 |
Baktelecom.az | 13 | 16 | 19 |
AzStarNet | 15 | 20-30 | 40-60 |
Smart Online | 15 | 20-30 | 40-80 |
Avirtel | - | 15-20 | - |
AzFiberNet | - | 15-20 | 25 |
İnfoqrafik: Tahir Əsgərli, Banco.az
Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!