Gürcüstan elektrik enerjisi çatışmazlığını Azərbaycanın hesabına ödəməyə başlayıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Gürcüstan elektrik enerjisi çatışmazlığını Azərbaycanın hesabına ödəməyə başlayıb

İyul ayının 1-dən etibarən Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalı həyata keçirir.

Bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) rəsmi saytında bildirilib.

İyulun əvvəlindən 18-dək qonşu ölkə Azərbaycandan 41,1 mln kilovatt/saat elektrik enerjisi tədarük edib.

Ötən ilin iyul ayında isə Gürcüstanın idxal etdiyi elektrik enerjisinin həcmi 1,16 mln kilovatt/saat təşkil edib. Onun da 1,14 mln kilovatt/saatı Azərbaycanın payına düşür, qalan həcmi isə - 17,73 min kilovatt/saat elektrik enerjisini Gürcüstan Rusiyadan idxal edib.

İyul ayında qonşu ölkə adətən elektrik enerjisi ixrac edir, idxal isə təxminən sıfıra bərabər olur.

Hazırda Azərbaycandan həyata keçirilən idxal Gürcüstandakı SES-lərdə aşağı istehsal və elektrik enerjisinin istehlakının artması ilə əlaqədardır. 

Report.az