Fitch AİF-in reytinqini qiymətləndirib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Fitch AİF-in reytinqini qiymətləndirib

Fitch” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) xarici və milli valyutada emitentin defoltu üzrə uzunmüddətli reytinqlərini "BBB-" səviyyəsində təsdiqləyib.

Reytinq agentliyinin saytına istinadən xəbər veririk ki, “Fitch”in AİF-in reytinqləri üzrə proqnozu isə "Sabit” olub. AİF-in reytinqləri Azərbaycanın suveren reytinqi ilə eyni səviyyədədir. Çünkifond dövlət sektoru təşkilatı kimi mənzil maliyyələşdirilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayır və onun fəaliyyətinə AMB vasitəsilə sərt nəzarət olunur.

azertag.az