Müəllif: Tamara Mustafayeva, Banco.az
“Subway” şirkəti uçan restoran layihəsinə başlayıb.
Banco.az xəbər verir ki, fəst-fud nəhəngi “Subway” müştərilərinə buludların üstündə sendviç yemək təcrübəsi təqdim etmək üçün qollarını çırmalayıb.
Belə ki, şirkət sentyabrın 1-də havaya qalxan "Subway in the Sky" layihəsi ilə 180 fut uzunluğundakı hava şarı vasitəsilə qonaqlara səmada sendviç servis etməyə başlayıb. Hava şarı eyni anda 6 müştərini daşıya bilir.
Buludların üzərində yemək istəyənlərin arzusunu yerinə yetirən şar Amerikanın müəyyən şəhərlərində səmanı bəzəyir.
Qeyd edək ki, turlar saat 8:00-dan 14:00-a qədər həyata keçirilir və hər biri təxminən 30 dəqiqə davam edir. Şirkət hər gün bu uçuşa 40 fəst-fud azarkeşinin qoşula biləcəyini də bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!