Müəllif: Gülnar Əhmədli, Banco.az
"Güzəştli mənzillə təminat Azərbaycan hökumətinin strateji prioritetlərindən biridir".
Banco.az xəbər verir ki, bu, "Fitch Ratings" agentliyinin məlumatında qeyd edilib.
Məlumata görə, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ölkədə subsidiyalaşdırılmış ipoteka təmin etmək vəzifəsi daşıyan yeganə qurumdur. Ölkənin ev təsərrüfatlarına verilən ipoteka kreditlərində fondun payı 80%-ə yaxındır:
"Fond qeyri-kommersiya, lakin gəlirli dövlət qurumudur və aşağı qiymətli maliyyələşdirmə ilə dəstəklənir. Fond 2024-cü ildə 23,2 milyon manat mənfəət əldə edib. Bu da əvvəlki illə eyni göstəricidir. Kredit portfelinin tədricən genişlənməsi nəticəsində xalis faiz gəlirində cüzi artım daha yüksək kadr xərcləri ilə kompensasiya edilib. Aktivlərin keyfiyyəti güclü olaraq qalır və problemli kreditlər ümumi ipoteka və kirayə mənzil portfelinin 0,1%-dən azını təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!
