Müəllif: Gülnar Əhmədli, Banco.az
Chevrolet Suburban avtomobil tarixində 1935-ci ildən fasiləsiz istehsal edilən ən uzunmüddətli istehsal seriyasına malikdir. Geniş salonu, yüksək komfortu və davamlılığı ilə tanınan model müasir texnologiyalarla yenilənməsinə baxmayaraq ənənəsini qoruyub saxlamaqda davam edir.
Uzun illər yollarda olan digər istehsalçılar da var. Ford, Toyota və Volkswagen kimi markaların bəzi modelləri çox uzun müddətdir istehsal edilməyə davam edir.
Dünyanın ən uzun müddət istehsal edilən avtomobil modellərini təqdim edirik:
Chevrolet Suburban (1935-dən bəri)
Ford F-Series (1948-dən bəri)
Volkswagen Transporter (1950-dən bəri)
Toyota Land Cruiser (1951-dən bəri)
Chevrolet Corvette (1953-dən bəri)
Mercedes-Benz S-Class (1954-dən bəri)
Toyota Crown (1957-dən bəri)
Nissan Skyline (1957-dən bəri)
Porsche 911 (1963-dən bəri)
Ford Mustang (1964-dən bəri)
Toyota Corolla (1966-dən bəri)
Bizi sosial şəbəkələrdən izləyin!!
