Ən böyük qızıl ehtiyatlarına malik ölkələrin adları açıqlanıb | Banco.az

Ən böyük qızıl ehtiyatlarına malik ölkələrin adları açıqlanıb

Müəllif:Mehin Qasımova, Banco.az

Ən böyük qızıl ehtiyatlarına malik ölkələrin adları açıqlanıb.

Banco.az xəbər verir ki, ən böyük qızıl ehtiyatlarına malik ölkələrin tam siyahısını RBC nəşr edib.

Birinci yerdə 8133,46 ton ehtiyatla ABŞ qərarlaşıb. İkinci yerdə qızıl ehtiyatlarına görə Avropada lider olan Almaniya (3351,53ton)qərarlaşıb. Ücüncü və dördüncü yeri İtaliya və Fransa (müvafiq olaraq 2451,84 və 2437 ton) tutub . Beşinci yerdə olan Rusiyanın ehtiyatında 2335,9 ton qızıl var.

Altıncı yerdə Çin (2279,56 ton), yeddinci İsveçrə (1039,94 ton), səkkizinci yerdə Hindistan (876,18 ton) qərarlaşıb. Zirvəni Yaponiya və Hollandiya yuvarlaqlaşdırır (müvafiq olaraq 845,97 və 612,45 ton).