Əmanətlərin Sığortalanması Fondu "Royalbank"ın kreditorlarına müraciət edib | Banco.az

Əmanətlərin Sığortalanması Fondu "Royalbank"ın kreditorlarına müraciət edib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarına müraciət edib.

Fonddan verilən məlumata görə, növbəlikdə 7-ci sırada olan bankda təminatsız kreditorların tələbləri üzrə proporsional qaydada növbəti 7-ci ödəniş 3 aprel 2017-ci il tarixdən etibarən ləğvedici tərəfindən Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisin Müştəri Xidməti şöbələrində həyata keçiriləcək.

Qeyd edək ki, ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu çıxış edir.

Mənbə: Apa.az