Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa Mərkəzi Bankı (ECB) inflyasiyada davamlı yüksəliş və ya aşağı dalğalanmalara qarşı strategiyasını dəyişir.
Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) bankın əsas məqsədinin və bu məqsədə çatmaq üçün istifadə ediləcək alətlərin yenidən müəyyənləşdirilməsini hədəfləyən strateji nəzərdən keçirmənin nəticələrini açıqlayıb.
Buna əsasən, ECB pul siyasəti strategiyasını dəyişsə də, inflyasiya hədəfi olaraq müəyyən edilmiş 2 faizlik səviyyə qorunub saxlanılıb.
ECB-nin yeni beşillik strategiyasında vurğulanır ki, inflyasiyanın çox yüksək olduğu dövrlərdə də, onun çox aşağı olduğu dövrlərdə göstərilən qədər güclü reaksiya veriləcək.
Bu yanaşmanın məqsədi inflyasiya gözləntilərinin nəzarətdən çıxmasının qarşısını almağa kömək etmək, eyni zamanda inflyasiya hədəfindən sapmaların daimi xarakter almasının qarşısını almaqdır.
Yeni strategiyada qeyd olunub ki, ECB İdarəetmə Şurası gələcəkdə də mövcud bütün pul siyasəti alətlərindən istifadə edəcək və onların tətbiqi proporsionallıq baxımından hərtərəfli şəkildə nəzərdən keçirilməyə davam ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!